
Dünyada bir ilk: Robot cərrah əməliyyat etdi, xəstə tarixə düşüb
Dünyada bir ilk: Robot cərrah əməliyyat etdi, xəstə tarixə düşüb
11:00 23.11.2024
Sağlamlıq
633
ABŞ-nin Nyu-York Universitetinin (NYU) tərkibindəki Langone Sağlamlıq Tibb Mərkəzində bir ilkə imza atılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) olan 57 yaşlı qadına "tam robot əməliyyatı ilə ikiqat ağciyər transplantasiyası" həyata keçirilib.
Xəstəxanadan verilən açıqlamada oktyabrın 22-də həyata keçirilən əməliyyatda qabırğalar arasında kiçik kəsiklər edildikdən sonra (minimal invaziv cərrahi üsul) ağciyərin robot sistemlə çıxarıldığı, nahiyənin transplantasiyaya hazırlandığı və və yeni ağciyər yerləşdirildiyi bildirilib.
Hər iki ağciyərin robot texnika ilə köçürüldüyü vurğulanıb.

Dünyanın ilk tam robotik qoşa ağciyər transplantasiyasını alan KOAH xəstəsi Cheryl Mehrkar, " Mənə həyatda bir şans verdiyi üçün donora və ailəsinə minnətdaram. Uzun müddət mənə kifayət qədər uyğun xəstə olmadığını söylədilər. Transplantasiya üçün NYU Langone Health komandası ilk növbədə mənim həyat keyfiyyətimə diqqət yetirdi və mənə ümid verdiyi üçün buradakı həkimlərə və tibb bacılarına minnətdaram" deyə qeyd edib.
Da Vinci Xi robot cərrahiyyə texnologiyasından istifadə edərək əməliyyatı həyata keçirən Dr. Stephanie H. Chang deyib: “Xəstələrin sağlam həyat keyfiyyətinə qayıtmasına kömək etmək ən böyük xoşbəktlikdir. Bu robot sistemlərdən istifadə etməklə biz bu böyük əməliyyatın xəstələrə təsirini azaltmağı, onların əməliyyatdan sonrakı ağrılarını məhdudlaşdırmağı və onlara mümkün olan ən yaxşı nəticəni verməyi hədəfləyirik. Bu, istedadlı cərrahlar qrupu və orqan transplantasiyasını inkişaf etdirməyə həsr olunmuş bir qurum olmadan baş verə bilməzdi".
Ağciyər xəstəliyinə genetik meyli olan Mehrkarın 2010-cu ildə 43 yaşında ikən KOAH diaqnozu qoyulduğu, 2022-ci ildə koronavirusa yoluxduqdan sonra vəziyyətinin pisləşdiyi bildirilib. Əməliyyatdan bir ay keçən Mehrkarın tezliklə xəstəxanadan evə buraxılacağı öyrənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya