
Trampın açıqlaması İrana xəbərdarlıqdır: Tehranı buna vadar edəcəklər
11:42 13.12.2024
Dünya
561
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra İrana preventiv xarakterli aviazərbələrin endirilməsini nəzərdən keçirir. Bu barədə yazı “The Wall Street Journal”da dərc olunub. Ona yaxın mənbələrin bildirdiyinə görə, bunda məqsəd rəsmi Tehranın nüvə proqramının icrasından çəkindirməkdir. Başqa bir iddiaya görə isə o, İsrailin yeni nəsil silah-sursatla təmin olunması da Ağ Evin gələcək rəhbərinin müşavirləri ilə müzakirə etdiyi məsələlərdən biridir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir:

“Bu Tehran hakimiyyətinin Qərblə razılığa gəlmədiyi halda onu da Həmas, Hizbullah və Bəşər Əsədin aqibətinin gözlədiyi anlamına gəlir. Eyni zamanda bu Tehran rejiminin nüvə silahı əldə etməsinə imkan verilməyəcəyi ilə bağlı xəbardarlıqdır. Donald Tramp prezidentliyinin birinci dönəmində İrana qarşı regionda hərbi birləşmə yaratmağa cəhd göstərdi, amma həmin proses baş tutmadı. Bununla belə regiondan ərəb dövlətləri ilə İsrail arasında ikitərəfli hərbi əməkdaşlığa dair razılıq əldə olundu. Trampın açıqlamasını İrana xəbərdarlıq da hesab etmək olar. Yəni İran regionda proksi qüvvələrdən məhrum olunduqdan sonra Qərblə məğlub tərəf kimi razılığa gəlməyə məcbur olacaq. Əks halda onu buna vadar edəcəklər”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm