
Ərdoğan Türkiyənin fikirlərini Blinkenə açıq şəkildə çatdırdı-Hasan Oktay
Yusif Nəzərli
14:03 13.12.2024
Dünya
476
ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.
Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibini Esenboğa hava limanında qəbul edib.
Ərdoğan Blinkenlə görüşündə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.
Ərdoğan, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi adına tədbirlər görəcəyini də qeyd edib.
Türkiyə lideri ölkəsinin İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə NATO ölkəsi olaraq PKK və onun uzantılarının da vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısını alacağını vurğulayıb.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a söyləyib ki, Antoni Bilken 18 ildir ABŞ Dövlət Departamentinin rəhbəri kimi fəaliyyətini davam etdirir:

"Türkiyə bir tərəfdən hazırkı Amerika xarici işlər naziri ilə görüşərkən, həm də yeni Ağ Ev rəhbərinin siyasətinə uyğun mövqe tutmaq istəyir. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Suriyada heç bir terror dövlətinin yaranmasına imkan verməyəcək. Türkiyənin siyasətinin başında Suriyanın ərazi bütövlüyü, suriyalı mühacirlərin dönüşü prosesi dayanır. Həmçinin Suriyada qurulacaq hökumətin forması da Türkiyə üçün son dərəcə əhəmiyyətlidir. Ərdoğan isə Türkiyənin bu məsələlərlə bağlı fikirlərini həm Blinkenə, həm də Trampın gələcəkdə bu posta təyin edəcəyi şəxsə açıq şəkildə bildirib. Ümumiyyətlə Suriyada Türkiyənin öz siyasətindən başqa hər hansı bir formalaşmaya icazə verməsi mümkün deyil. Çünki İran və Rusiya Suriyadan çəkilməli olub. Bu mənada gələcəkdə Türkiyənin tezisləri də nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm