"Bakı Metropoliteni" QSC-nin yeni sədri kollektivə təqdim edildi
Yusif Nəzərli
16:52 23.12.2024
Cəmiyyət
356
2024-cü il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev Bakı metropoliteninin formalaşma və tarixi inkişaf yolunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Nazir Prezidentin paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sektorunda əhəmiyyətli rola malik olan Bakı metropoliteninin inkişafı və yeniliklərin tətbiqi məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd edib.
R.Nəbiyev qarşıdan gələn dövrdə metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.
Nazir metropolitenin keçmiş rəhbəri Zaur Hüseynova ötən müddət ərzində görülən işlərə görə təşəkkürünü bildirib, Səhmdar Cəmiyyətin yeni təyin olunmuş sədri Vüsal Aslanova və kollektivin bütün üzvlərinə qarşıdakı fəaliyyət dövründə uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya