
Hansı virusa yoluxduğumuzu necə ayırd edək?
Yusif Nəzərli
19:13 08.01.2025
Sağlamlıq
506
"Hazırda rast gəlinən mövsümi viruslara fəsli qrip (influenza A) və digər kəskin respirator virus infeksiyaları aiddir".
Medicina.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu tip infeksiyalara yoluxma zamanı klinik mənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanı, əsasən, tənəffüs yolları zədələnir:

"Yəni xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir. Əgər aşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəs darlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidə oluna bilər. Bu zaman bronxların və ya ağciyərlərin kiçikkalibrli zədələnməsi də müşahidə olunur. Əlamətlər o qədər oxşardır ki, laborator təsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyə bilmərik.
Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilən xəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur. Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə də bilər. Fərqləndirici əlamətlər, əsasən, onların xarakterik gediş xüsusiyyətləridir, yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanı onlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni yuxarı və ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcək spesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn, qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar, güclü başağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataral əlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rast gəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir, qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir. Bu zaman çox vaxt burun axması ya olmur, ya da çox az miqdarda baş verir. Əksinə, adenovirus infeksiyası zamanı ağız və udlağın selikli qişasının daha çox şişməsinə, limfa düyünlərinin böyüməsinə, faringitə, badamcıqların böyüməsi və ödəmləşməsinə, gözün selikli qişasının əksərən bir tərəfdə iltihablaşmasına, burundan çoxlu miqdarda selikli ifrazatın olmasına, qaraciyər və dalağın böyüməsinə, hətta bəzi xəstələrdə ishalın baş verməsinə rast gəlirik".
Mütəxəssis-ekspert vurğulayıb ki, respirator sinsitial infeksiya (RSV) zamanı ən parlaq əlamətlər, əsasən, uşaqlarda və ahıl şəxslərdə rast gəlinir:
"Ümumi əlamətlər az ifadəli olsa da, bronxit və bronxiolit erkən inkişaf edir. Bu zaman xəstədə tənəffüsün çətinləşməsi, boğulma hissi, quru, tutmaşəkilli öskürəyə rast gəlinir. Qrip zamanı digərləri ilə müqayisədə daha çox pnevmoniya baş verir, bəzən meningit və ya meninqoensefalit kimi mərkəzi sinir sisteminin ağır zədələnmələri inkişaf edir. Digər respirator virus infeksiyalarının fəsadlaşması daha az halda baş verir və əsasən, immunçatışmazlığı olan xəstələrdə rast gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət