
İran Trampın hədəfində: Nüvə obyektlərinə hücumun növbəti addımların başlanğıcı ola bilər
13:40 09.01.2025
Dünya
476
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Co Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücum variantlarını təqdim edib.
Bunu “Axios” üç məlumatlı mənbəyə istinadən yazıb.
Baydenin adı açıqlanmayan köməkçilərinə, o cümlədən Sallivana istinadən ABŞ mediası yazır ki, Suriyadan sonra bütün aspektlərdə zəifləyən İran nüvə hazırlığını sürətləndirə bilər və bu, onun nüvə obyektlərinə cavab tədbirləri üçün əlverişli imkan yaradır.
Həmçinin hücumun niyə 20 yanvar – Trampın andiçmə mərasiminə qədər - tarixinədək olması ilə bağlı iki versiya üzərində müzakirələr gedir:
Birincisi, Bayden administrasiyası Trampın İranla dialoqa başlamaq niyyətində olduğunu öyrənib və yeni prezidentin mümkün diplomatik səylərini çətinləşdirmək üçün İrana zərbə endirmək və ya ciddi təxribat törətmək planını ehtiyatda saxlayır; İkincisi, yanvarda Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalanacaq, bu da ABŞ tərəfindən sərt müqavimətlə qarşılanır. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bu prosesi pozmaq niyyətində olduqlarını bəyan edib. Buna görə də Baydenin ətrafında provokasiyalara təkan verən qüvvələrin olması istisna edilmir. Lakin Bayden hələ də İranın nüvə obyektlərinə zərbə vurmağı “böyük risk” hesab etdiyi üçün qərar qəbul etməyib.
Bununla belə, Baydenin prezidentlik müddətinin qalan günlərində fövqəladə hadisələrin baş verməsi istisna edilmir.
Politoloq Aytən Qurbanova "Sherg.az"a bildirib ki, ABŞ-İran münasibətləri 1979-cu ildən bu günə qədər həm respublikaçıların, həm də demokratların dövründə gərginliklərlə müşayiət olunub:

"Trampın ikinci prezidentliyi dövrünün istisna olacağını düşünmürəm. Xüsusilə də, sürətli hərbi-siyasi bloklaşma mərhələsində əks qütbdə təmsil olunan, Rusiya və Çin ilə əlaqələrini möhkəmləndirən İran Tramp administrasiyası dövründə də ABŞ-ın Orta Şərq siyasətinin əsas hədəflərindən biri ola bilər. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Baydenin hakimiyyətinin son günlərində İranın nüvə obyektlərinə hücumun həyata keçirilməsinin mümkünlüyü ilə bağlı ehtimallar Trampın Orta Şərq siyasətində çətinliklər yaratmaqdan daha çox növbəti addımların başlanğıcı da ola bilər. Həmçinin seçkiqabağı kampaniya dövründə və sonrasında onun verdiyi bəyanatlar da bu ehtimalları gücləndirir".
Politoloq əlavə edib ki, ABŞ-ın yeni seçilmiş Prezidentinin dövrü əməkdaşlıqdan daha çox İranın zəiflədilərək tabe edilməsi istiqamətində addımların atılması üçün zəmin yarada bilər:
"Onu da unutmamaq lazımdır ki, Amerika 2015-ci ildə 5+1 (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin + Almaniya) fomatında İran ilə imzalanmış çərçivə sənədindən 2019-cu ildə məhz Trumpın təşəbbüsü ilə imtina etmişdi. Sonrakı mərhələdə Bayden administrasiyası dövründə danışıqlar yolu ilə ABŞ əldə olunmuş razılıqlar üzrə müvafiq sənədi yenidən qəbul edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət