"Gürcü Arzusu" Trampa bel bağlamasın! - Politoloq
Yusif Nəzərli
02:32 10.01.2025
Gündəm
487
Amerika Gürcüstanın yeni hakimiyyətinin legitimliyini qəbul etməyəcək
ABŞ-də “Gürcü Arzusu”nun Gürcüstanın qanuni hökuməti kimi tanınmasını qadağan edən qanun layihəsi hazırlanıb. “Fox News”un məlumatına görə, təşəbbüsün müəllifi respublikaçı konqresmen Co Uilson və Helsinki komissiyasının rəhbəri və demokrat Stiv Koendir. Onlar sənədi “Gürcü dəhşətinin tanınmaması qanunu” adlandırırlar. Qanun layihəsində Gürcüstan hakimiyyətinin yeganə legitim nümayəndəsi kimi V prezident Salome Zurabişvilinin tanınması təklif olunub. Layihə müəllifləri Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını hesab edirlər. Sənədə əsasən, “Gürcü Arzusu”nun tanınmaması siyasəti azad və ədalətli seçkilərin keçiriləcəyi halda ləğv edilə bilər. Qanun layihəsinə ABŞ Konqresinin hər iki palatasında baxılmalıdır. Palatalarda müzakirələr və səsvermələrdən sonra sənəd imzalanması üçün prezidentə təqdim olunacaq. Qanunun qəbulu üçün həm respublikaçılar, həm də demokratların dəstəyi tələb olunur.
“Gürcü Arzusu” Partiyasında sözügedən təşəbbüsü şərh etməyiblər. Hakim partiyanın Siyasi Şurasının ötən gün yaydığı bəyanatda Co Uilson “dərin dövlətin ən ciddi təzahürlərindən biri” və “deqradasiyaya uğramış siyasətçi” adlandırılıb.
Qeyd edək ki, Gürcüstanda müşahidə edilən siyasi gərginlikdə Qərbin və ABŞ-nin mövqeyi kifayət qədər əhəmiyyətli faktordur. Siyasi şərhçilərin fikrincə, Avropa İttifaqı və Amerika mövcud parlamenti və hökuməti tanımadıqlarını birmənalı şəkildə ortaya qoysalar və hökumətə qarşı ciddi sanksiyalar tətbiq etsələr, məhdud resurslara sahib “Gürcü Arzusu”nun duruş gətirməsi çox çətin olar. Bunu anlayan hakim partiya liderləri də bütün ümidlərini ABŞ-nin yeni Prezidenti Donald Trampa bağlamışdı. Onlar inanırdılar ki, Tramp prezident vəzifəsinin icrasına başlayandan sonra Gürcüstanın həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərində yeni səhifə açılacaq.
Politoloq Vasif Əfəndiyev “Sherg.az”a açıqlamasında deyib ki, Respublikaçı Co Uilson və Helsinki komissiyasının rəhbəri demokrat Stiv Koenin Gürcüstanın yeni hakimiyyətinin legitimliyini tanımamaq barədə qərarı hazırda hakimiyyətə nəzarət edən “Gürcü Arzusu” siyasi gücünün Rusiyapərəst mövqe tutması ilə əlaqəlidir:
“Bu qərar layihəsi demokratiyanın müdafiəsindən daha çox Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına hesablanıb. 2021-ci ildə də bu cütlük konqresmen Vladimir Putinin legitimliyini tanımamaq barədə qərar layihəsi hazırlamışdılar”.
V.Əfəndiyevin fikrincə, “Gürcü Arzusu"nun Trampa bel bağlaması və onlara qarşı loyal olacağı düşüncəsi illüziyadır:
“Rusiyada da Tramp hakimiyyətə gələnə qədər bu mövqe gündəmdə idi, lakin qərar layihəsini hazırlayan konqresmenslərin birinin respublikaçı, digərinin demokrat olması çox şeyi deyir. Yəni bu məsələdə ABŞ-nin siyasəti dəyişməzdir. Bununla belə, qərar layihəsi sənədə çevirilərsə, Gürcüstana qarşı hər hansı ciddi siyasi təzyiqin olacağını güman etmirəm. Avropa İttifaqı və Avropa Şurası Gürcüstanla işləməyə davam edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət