Hikmət Hacıyevdən Paşinyanın iddialarına cavab
Yusif Nəzərli
06:14 29.01.2025
Siyasət
239
Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları düzgün hesab etmirik.
Sherg.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialarına münasibətini bildirərkən deyib.
O bildirib ki, Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir.
“Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. Məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini biz düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik.
Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistan Respublikasının dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib. Ermənistan Respublikası təcavüzkar və işğalçı dövlət olub və Ermənistandan verilən əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib.
Amma yenə də məhkəmənin yekun nəticələri haqda bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burda ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”- Hikmət Hacıyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya