
Azərbaycan sabitliyin qarantıdır: Ermənistanın təxribatlarına cavab gecikməyəcək
09:45 19.03.2025
Aktual
377
Son günlər Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycan mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub. Bu, rəsmi İrəvanın sülh prosesinə sadiq olmadığını və bölgədə gərginliyi artırmaq niyyətində olduğunu göstərir. Azərbaycanın Müdafiə Nazirliyi düşmən təxribatlarına cavab olaraq adekvat tədbirlər gördüyünü bəyan edib. Görünən odur ki, Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə atəşkəsi pozaraq bölgədə gərginlik yaratmağa davam edir. Xarici qüvvələrin təsiri altında hərəkət edən bu ölkə həm siyasi, həm də hərbi təxribatlarla Cənubi Qafqazda sabitliyə mane olur.
Politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, Ermənistanın həm sülhdən danışıb, həm də atəşkəsi pozması bu ölkənin xarici qüvvələrin əlində alətə çevrilməsində xəbər verir:

“Ermənistan istənilən kənar qüvvənin buyruğuna baş üstə deyir. Eyni zamanda sülhə gedən yolu müxtəlif maneələrlə doldurmağa çalışır. Sülh istəyən heç bir ölkə təxribatlara əl atmır və təbliğatında yalanlara üstünlük vermir. Əgər Ermənistan həqiqətən sülh istəsəydi, Azərbaycanın adını bədnam etməzdi. İki ölkə arasında baş verən bütün savaşların səbəbkarının Ermənistan olması hər kəsə bəllidir. Ermənistan bölgəni uzun müddət ərzində oda qərq edib. Onlar müharibəni uduzduqdan sonra ciddi cəhdlə özlərini bəraət qazandıraraq Azərbaycanı işğalçı tərəf kimi göstərməyə çalışırlar. Azərbaycan isə bütün dünyaya dağıdılan şəhərlərimizi göstərməklə erməni vəhşiliyini nümayiş etdirib”.
Ekspert qeyd edib ki, Ermənistan Hindistan, Fransa və Yunanıstandan silahlar almaqla yeni münaqişəyə start vermək istəyir:
“Buna isə Azərbaycan heç vaxt imkan verməyəcək. Azərbaycan ona görə müharibə aparıb bu qədər qan tökməyib ki, Ermənistan və havadarlarının oyunbazlığının qurbanına çevrilsin. Ermənistan sülhdən yayınırsa, Azərbaycan onların yadına dəmir yumruğu salacaq ki, yenidən sülh və sabitliyi pozmasınlar. Azərbaycanın məqsədi Cənubi Qafqazın yeni dönəminin başlamasıdır. Qafqaz evinin yeni bir tərzdə zühür etməsi və dünya sisteminin ayrılmaz parçasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin arzusu idi. Lakin Ermənistanın ucbatından sözügedən proses alınmır. Buna görə də Azərbaycan lokomotiv rolu öz üzərinə götürərək sabitliyi qorumağa çalışacaq. Həmçinin Azərbaycan Ermənistan kimi başdan xarab dövlətlərə xaos yaratmaq üçün rəvac verməyəcək. Azərbaycan hər şeyi dəyərini bilir və sabitliyin keşiyində durur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi