Ermənistanın manipulyasiya oyunu: Torpaqlarımız heç bir şərt irəli sürmədən təhvil verilməlidir
Yusif Nəzərli
13:40 19.03.2025
Aktual
449
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir.
Bu barədə “Hraparak” nəşrinin yaydığı məlumatda bildirilib.
Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycanın “Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia” kimi təqdim edib. Halbuki anklavlar tələbi Azərbaycanın haqqıdır, o ayrı məsələ ki, hazırda işğalda qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin ərazisindən Ermənistan-Gürcüstan dövlətlararası yolu keçir və təbii ki, bu yolun bir hissəsi Azərbaycan ərazisidir.
Nəşr iddia edib ki, Paşinyan qapalı iclasda İlham Əliyevin Kərkini, eləcə də Tavuşda Azərbaycana məxsus olan üç kəndi, o cümlədən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini tələb etməsi barədə partiyadaşlarını məlumatlandırıb. “Yerkrapa” təşkilatının sədri, Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: “Kərkini Başkəndlə əvəzləmək mümkün deyilmi? Aydındır ki, Kərkinin verilməsi ilə Zəngəzur və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək”. Paşinyan isə bu sualdan qəzəblənib: “Məni cinayətə sövq edirsən? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Başkəndi Azərbaycanın tərkibinə necə verə bilərəm?”.
Politoloq Sahil Kərimli "Sherg.az"a deyib ki, son dövrlərdə baş verən proseslər, Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı aparılan müzakirələr onu göstərir ki, Ermənistan rəhbərliyi yenə də manipulyasiya ilə məşğuldur:
"Diqqəti əsas məsələlərdən yayındırmaq üçün bu cür ziddiyyətli bəyanatlar səsləndirirlər. Məlumdur ki, Azərbaycan Ermənistandan qeyri-adi heç nə tələb etmir. Sərhədlərin delimitasiya-demarkasiya prosesi Sovetlər birliyi dönəmində hazırlanmış xəritələrlə həyata keçirilir. Burada da istər Qazax və Naxçıvanın kəndləri, istərsə də digər ərazilər Azərbaycanın suveren əraziləridir. Buna görə də qeyri-şərtsiz Azərbaycana qaytarılmalıdır. Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan ona ünvanlanan suala və ya ona qarşı qabaqcadan düşünülmüş şəkildə həyata keçirilmiş polemikaya bu cür cavab verməklə məsuliyyətdən yayınmağa çalışır. Həmçinin özünü Ermənistanın milli maraqlarından çıxış edən rəhbər kimi göstərmək istəyir".
Politoloq qeyd edib ki, Azərbaycanın suveren ərazilərinin qaytarılması Paşinyanın dediyi kimi cinayət deyil:
"Odur ki, torpaqlarımız heç bir şərt irəli sürmədən təhvil verilməlidir. Ümumiyyətlə Paşinyan məsələni dramatikləşdirmək, gərginləşdirmək istiqamətində addımlar atır. Üstəlik, sülhün imzalanması üçün heç bir töhfə vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi