Hər həftə bu qədər qazanırlar - 20-160 min manat...
Yusif Nəzərli
01:03 25.03.2025
Şou
401
Türkiyə istehsalı seriallar auditoriyasını ildən-ilə genişləndirir. Artan populyarlıq serialların büdcəsinə müsbət təsir göstərir ki, bu da akyorların qazancını xeyli yüksəldir.
Hazırda həmin sektorda vəziyyət necədir? Məşhur aktyorlar çəkildikləri seriallardan həftəlik nə qədər qazanırlar?
Sherg.az qafqazinfo-ya istinadən ən çox baxılan serialların baş rollarında yer alan aktyorların bölüm başına aldıqları qonorarları təqdim edir:
Siyahıya son illər çəkildiyi hər layihə ilə diqqət mərkəzində olan Çağatay Ulusoy liderlik edir. O, yeni başlayan "Eşref Rüya" serialında həftəlik 3,5 milyon lirə (156 min 597 manat) qazanır. Aktyor "Qaddar" serialındakı 2 milyon lirəlik (89 min 512 manat) rekordunu yeniləyib.
İkinci pillədə təcrübəli aktyor Halit Ergenç qərarlaşır. Halit "Kral Kaybederse" serialındakı roluna görə hər həftə 2 milyon lirə (89 min 512 manat) qonorar alır.
Sezona iddialı başlayan Aras Bulut İynemli isə "Deha" serialındakı Devran roluna görə həftəlik 1,5 milyon lirə (67 min 134 manat) qazanır.
Mert Ramazan Demir ("Yalı Çapkını") və Tolga Sarıtaş ("Teşkilat") seriallarından hər bölüm üçün 1 milyon lirə (44 min 739 manat) götürürlər.
Mövsümün ən yüksək reytinqli serialı "Uzak Şehir"də Cihan obrazını canlandıran Ozan Akbabanın isə qonorarı siyahıdakı digər aktyorlara nisbətən daha azdır. O, həftəlik 450 min lirə (20 min 131 manat) gəlir əldə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi