Fələstinli "Oskar" qalibi israilli məskunlaşanların hücumuna məruz qalıb və saxlanılıb
Yusif Nəzərli
16:28 25.03.2025
Dünya
455
Fəalların sözlərinə görə, "Başqa bir torpaq Yoxdur" sənədli filminin həmmüəllifi Həmdan Ballalın evi bazar ertəsi İsrailin işğal altında saxladığı Qərb sahilində məskunlaşanlar tərəfindən mühasirəyə alınıb və hücuma məruz qalıb.
Sherg.az xəbər verir ki, digər rejissor Yuval Avraam bildirib ki, Ballal əvvəlcə döyülüb, daha sonra təcili yardım maşınında olarkən İsrail əsgərləri tərəfindən saxlanılıb. İsrail ordusu isə təcili yardımdan heç kimin saxlanılmadığını açıqlayıb. Sonradan Ballalın sərbəst buraxıldığı bildirilib. İsrail ordusu üç fələstinli və bir israillinin təhlükəsizlik qüvvələrinə daş atmaq ittihamı ilə saxlanıldığını bəyan edib. Hadisə şahidlərinin sözlərinə görə, maskalı məskunlaşanlar Susiya kəndinə hücum edərək Ballalın evini mühasirəyə alıblar. Yəhudi hüquq müdafiəçiləri də hadisəni sənədləşdirmək üçün kəndə gedərkən hücuma məruz qalıb, maşınları zədələnib, özləri isə döyülüblər. Fəallar bildirir ki, israilli əsgərlər hücumu izləsələr də, yalnız avtomobilə hücum bitəndən sonra müdaxilə ediblər və məskunlaşanları təqib etməyiblər. İsrail ordusu isə əsgərlərin qarşıdurmanı dağıtmağa çalışdığını deyib. "Başqa bir torpaq yoxdur" filmi Masafer Yatta icmasının torpaq uğrunda mübarizəsini və iki rejissorun dostluğunu təsvir edir.
Qeyd edək ki, İsrail 1967-ci ildən Qərb sahilini işğal altında saxlayır. Beynəlxalq hüquqa görə, burada israilli məskunlaşmalar qanunsuzdur, lakin İsrail bunu qəbul etmir. 2023-cü ildə münaqişə başlayandan sonra məskunlaşanların fələstinlilərə hücumları artıb.
Mənbə: BBC News
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi