"Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var" - Fazil Mustafa
Yusif Nəzərli
20:54 25.03.2025
İdman
880
"Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmasa üç ayda bir qələbə qazanardı"
"Futbol üzrə Azərbaycan yığma komandası öz meydançasında Belorusa 2-0 məğlub oldu. Gerçəkdən bir yığma komanda! Haradan yığılıb, necə yığılib, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur".
Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var.:
"Sadəcə imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer-Liqdə oynayan digər komandaların hər birinə 1 milyon evro pul qazandırıb. Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır. Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmasa üç ayda bir qələbə qazanardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi