3 ayaqlı doğulmuş “Kral”
15:37 21.09.2023
Hadisə
541
Onu yetimxanaya göndəriblər, elə bu Frankın həyatında dönüş nöqtəsi olub
Frank Lentini. Bu ad çoxumuza heç nə demir. Amma o, “Kral”dır. Doğuluşundan qüsurlu, hətta eybəcər görünüşə malik olsa da.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən sonralar “Kral” olacaq Frank Lentinin həyat hekayəsini təqdim edir. Frank 1889-cu ildə İtaliyada 12 uşaqlı ailədə dünyaya gəlib. Körpə doğularkən mamaça qışqıraraq otaqdan çıxıb. Ana isə körpəsinə baxdıqda mamaçanın həyəcanla qışqırmasının səbəbini anlayıb. Körpənin 3 ayağı, ayaqlarında 16 barmaq vardı, cinsiyyət orqanı da 2 idi. Əslində, ailə əkiz övladların dünyaya gəlişini gözləyib. Amma bəzən bu kimi hallarda olduğu kimi körpənin biri digərinin müəyyən orqanlarını “mənimsəyib” və tək gəlib dünyaya. Körpənin atası bunu “Tanrının istəyi” adlandırıb. Sakit qarşılayıb. Amma kənd sakinləri eybəcər körpənin doğulmasını Tanrının lənəti hesab ediblər. Və bunu uğursuzluq, bədbəxtlik sayıblar. Qüsurla doğulması körpənin həyatını zorlaşdıracaqdı, ondan imtina edənlər, üz çevirib gedənlər çox olacaqdı. Lakin o, özünü təsdiq edəcəkdi. Həm də “kral” olaraq. Frank uşaq yaşlarında üçüncü ayağının da üzərində dayana bilib, amma addımlayarkən üçüncü ayağından istifadə etməyib. Çünki bu əlavə ayaq uşaq 6 yaşına çatdıqda inkişafdan geri qalıb və heç uzanmayıb. Üçüncü ayağı ona mane olmasın deyə, Frank onu sağ ayağına bağlayıb. Anası onun üçün dərziyə xüsusi şalvarlar sifariş verib, çəkməçi də onun üçün cüt deyil, bir cüt və tək - 3 ayaqqabı tikib. Əlavə ayaq onurğa sütununa yaxın olduğundan həkimlər əməliyyat edilərsə, Frankın iflic ola biləcəyini əsas gətirərək üçüncü ayağı amputasiya etməyə razı olmayıblar. İnsanlar ona qəribə nəzərlərlə baxırdı və Frank bu baxışlara görə özündən nifrət edib. Lakin zamanla o, özüylə barışıb. Və taleyini özü yazmağa qərar verib. Qınayıcı nəzərlərdən uzaq olsun deyə, ailəsi Frankı xalasının yanına göndərib. Amma xala da bir müddət sonra bu “uğursuz” uşağa baxmaqdan imtina edib və onu fiziki qüsurlu uşaqlar üçün olan yetimxanaya göndərib. Elə bu da Frankın həyatında dönüş nöqtəsi olub. Frank burada əqli qüsurlu, nitq qabiliyyəti olmayan, eşitməyən, danışa bilməyən uşaqları gördükdə, özünün onlar kimi olmadığını, onlardan daha şanslı olduğunu anlayıb və halına şükür edib. Yetimxanada gördükləri Frankı həyata daha çox bağlayıb. O, hətta üçüncü ayağından da istifadə etməyə başlayıb. Bu ona ruh yüksəkliyi, həyata bağlılıq hissi yaradıb. Velosiped sürməyi öyrənib, iplərin üstündən atlanmağa başlayıb, futbol oynayıb, hətta buz üzərində konki sürə bilib. Frank ABŞ-yə yola düşüb və orada sirk ustası peşəsinə yiyələnməyə başlayıb. Frank məhz 3 ayaqlı olduğu üçün ona maraq artıb. Onun sirk şouları bəyənilib və qısa zamanda sirk ustası olaraq məşhurlaşıb. Frank sirk şouları ilə dünyanı gəzib. O, artıq “Sirk Kralı” kimi məşhurlaşıb. Şöhrəti getdikcə yüksəlib. Frank məşhurluğundan da ağılla istifadə edib. Bioqrafik kitab yazıb və onu sirk proqramları zamanı satışa çıxarıb. Kitabda Frank qüsurlu bədənindən necə məharətlə istifadə etdiyini anladırdı və bununla insanlara ümid verirdi. Kitabında Frank yazırdı: “Üçüncü ayağımın olması məni rahatsız etmir artıq. Normal insanlar kimi yaşayıram. Rahat addımlayıram, qaçıram, hoppanıram. Avtomobil sürürəm. Buzüstə sürüşürəm, üzürəm… Üçüncü ayağım mənə kömək edir. Ondan dayaq olaraq istifadə edirəm”. Frank 30 yaşında ABŞ vətəndaşlığı alıb və Tereza Murrla ailə qurub. Onların 4 övladı dünyaya gəlib. Bu evlilik 28 il sürüb. Onlar boşanıblar. Frank 1966-cı ildə Helen Shupe ilə evlənib. “Sirk Kralı” Frank Lentini 77 yaşında ağ ciyər çatışmazlığından vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol