
Analitik: Medvedyevin nüvə təhdidləri boş ritorikadır
Yusif Nəzərli
01:11 06.06.2025
Dünya
371
Rusiya artıq dağıdacağı qədər dağıdıb – qisas bəhanədir
İlham İsmayıl: “Putin Lvovdan Kiyevə qədər atəş açır, bundan artıq nə qisas ola bilər?”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın məlum hücumuna görə mütləq intiqam alınacağını deyib. Hücumdan sonra bir müddət susan Medvedyev öz sosial şəbəkə səhifəsində “qisas qaçılmazdır” yazıb. O, narahat olan və qisas gözləyən hər kəs narahat olmalıdır deyə xəbərdarlıq edib: "Bu, normal insana xas xüsusiyyətdir. Qisas qaçılmazdır. Partladılmalı olan hər şey partladılacaq, məhv edilməli olanlar isə yox olacaq". Medvedyev həmçinin yazıb ki, İstanbulda danışıqlar “kimlərinsə uydurduğu qeyri-real şərtlər üzərində kompromis sülh əldə etmək üçün deyil, Rusiya ordusunun tezliklə qələbəsi və neonasist hökumətinin tamamilə məhv edilməsi” üçün lazımdır. Onun sözlərinə görə, danışıqlarda təqdim olunan Rusiya memorandumunun məqsədi də budur. Medvedyevin son bəyanatını təhlil edən ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya Ukraynanın tamamilə məhv edilməsini istəyir, buna görə də normal sülh danışıqları və müharibənin dayandırılmasında maraqlı deyil. "ISW" analitikləri Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına da diqqət çəkib. Dünən o, Rusiyanın İstanbuldakı son danışıqlarda təqdim etdiyi memorandumun “münaqişənin əsas səbəbləri”ni aradan qaldırmağa yönəldiyini bildirib və danışıqların növbəti raundundan dərhal həll gözləməməyə çağırıb. Peskov eyham vurub ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Ukraynadan olan həmkarları ilə görüşünü gözləməyə dəyməz.
Siyasi şərhçi İlham İsmayıl Sherg.az-a deyib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatlarına hamı yaxşı bələddir. Ekspert vurğulayıb ki, D.Medvedyev çox aqressiv cavablar verir və tez-tez nüvə silahına əl atacaqları barədə xəbərdarlıqlar edir:

"Yəni Medvedyevin çox radikal mövqedə olması yenilik deyil və gözləniləndir. Bəs Medvedyevin dediyi kimi, qisas əməliyyatı olacaqmı? Üç ilə yaxındır ki, Rusiya-Ukrayna arasında müharibə gedir. Rusiya Ukrayna ərazilərini işğal edir, raketlərdən istifadə edir. Lvovdan, Qərbi Ukraynadan tutmuş Kiyevə qədər raket atəşinə tutur. Bundan artıq nə ola bilər? Rusiya hansı formada qisas əməliyyatı keçirə bilər? Əvvəl 10 raket atırdı, ola bilsin, indi 15 raket atacaq. Təbii ki, Rusiyanın nüvə silahına əl atacağı inandırıcı deyil. Heç Kursk ərazisi tutulanda Rusiya buna getmədi. Baxmayaraq ki, Medvedyev o zaman da hədələyirdi. Sadəcə olaraq Kiyev və ətrafı genişmiqyaslı raket hücumuna məruz qala bilər. Onsuz da çox yeri dağıdıblar. Mariopulda salamat bina qalmayıb. Hədəf olaraq seçilən vilayətlər - Xarkov, Sumı, Dnepr və Zaporejyedir. Hərçənd, bunlar heç də asan deyil, çünki Rusiyanın özünün də problemləri var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya