İstanbulda yaşayan 40 yaşlı kişi qulağında hərəkət hiss etdiyini bildirərək həkimə müraciət edib.
Sherg.az xəbər verir ki, müayinə zamanı həkimlər xəstənin qulağında canlı kəpənək aşkarlayıblar. Qulaq-burun-boğaz mütəxəssisi tərəfindən kəpənək xüsusi alətlə çıxarılıb.
Həkim bildirib ki, belə hallara nadir rast gəlinir. Xəstənin qulağından çıxarılan kəpənək canlı olduğu üçün sonradan təbiətə buraxılıb.