Türkiyədə 7 yaşlı Ege Birdanenin qarın ağrısından sonra aparılan müayinəsində böyrəyində 17 santimetr ölçüdə şiş aşkarlanıb. Buna səbəb isə doğum günü hazırlığı zamanı əmisiqızının onun üstünə düşməsi olub.

Sherg.az xəbər verir ki, Ege 9 ay ərzində kimyaterapiya və cərrahi əməliyyat da daxil olmaqla müalicə alıb. İlkin olaraq kimyaterapiya ilə şiş kiçildilib, daha sonra uğurlu əməliyyat keçirilib.


Son kimyaterapiyanın müsbət nəticələnməsindən sonra Egenin xərçəngə qalib gəldiyi bildirilib.
Ailə bu xoş xəbəri Hatayın İsgəndərun rayonunda istirahət zamanı alıb. Yaxınları Egenin sağalmasını 300 şarın havaya buraxıldığı sürpriz tədbirlə qeyd ediblər.
Anası Çiğdem Birdane 9 aylıq mübarizənin ardından övladının sağlamlığına qovuşmasından böyük sevinc hissi keçirdiyini bildirib.