
ABŞ-da çovğun 12 can alıb: "Bomba siklonu"na çevrilə bilər
22:36 24.12.2022
Hadisə
585
Amerika Birləşmiş Ştatlarında (ABŞ) demək olar ki, bütün ölkəni əhatə edən çovğunla bağlı xəbərdarlıq edilib. Bəzi bölgələrdə son 40 ilin ən soyuq qışı gözlənilir. Prezident Co Bayden də əhaliyə xəbərdar etdi. Şaxtalı soyuqlar səbəbindən indiyədək 12 nəfər ölüb. Üstəlik, fırtınanın “Bomba Siklonuna” çevriləcəyi proqnozu da verilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Milli Hava İdarəsi (NOAA) tərəfindən yayılan şərhdə, şimal qütbündən gələn və ABŞ və Kanadanın bəzi bölgələrini bürüyən dondurucu küləklərin ABŞ-ın şərqinə doğru təsirini artırdığı və bütün il boyu davam edəcəyi bildirilib.
Sinoptiklər ABŞ-da təsirli olacaq arktik soyuqların 100 milyondan çox insana təsir edəcəyini və son onilliklərin ən soyuq Milad bayramının yaşanacağını vurğulayıb.
ABŞ-da çovğun 12 nəfərin həyatına son qoydu! "Bomba Siklonu"na çevrilə bilər - 6
Kaliforniyanın San Fransisko Beynəlxalq Hava Limanında sərnişinlərin piştaxtada növbə gözlədiyi görülüb.
Səlahiyyətlilər fırtına ilə əlaqədar bildiriblər ki, 1 milyondan çox vətəndaş işıqsız qalıb.
Şiddəti getdikcə artacaq fırtınanın "Bomba Siklonuna" çevrilə biləcəyi ifadə edilir.
"Bombalı siklonlar" çox tez güclənən fırtınadır.
"Bomba siklonlar" Yer səthinə yaxın havanın atmosferdə sürətlə qalxması və barometrik təzyiqin qəfil azalmasına səbəb olduqda əmələ gəlir.
Turan Can
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə