ABŞ-də güclü zəlzələ oldu

ABŞ-nin Nevada ştatında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir.

Məlumata görə, yeraltı təkanların episentri Daytondan 6 km şərqdə müəyyən edilib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.