Ağdam rayonunda mina hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Əkin işləri aparan traktor minaya düşüb. Partlayış nəticəsində texnikaya ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.