Ankarada təlim helikopteri qəzaya uğrayıb, yaralılar var

Ankaranın Sincan rayonunda təlim helikopteri qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə xilasedici qruplar cəlb olunub.