AQTA-dan zəhərlənmə halları ilə bağlı sahibkarlara MÜRACİƏT
Yusif Nəzərli
07:39 18.07.2022
Hadisə
519
Son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir.
Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır. Eyni zamanda konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.
AQTA bəyan edib ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə