Astara rayonunda ölüm hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb.
1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.