Astarada torpaq sürüşməsi intensivləşib, 7 evə gedən yol yuyulub
Yusif Sultanoğlu
06:08 17.11.2023
Hadisə
590
Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaradıb.
APA – nın cənub bürosunun verdiyi xəbərə görə bir neçə müddətdir ki, Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi intensivləşib. Ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Pensərçay, sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Sakinlər deyir ki, yol daraldığından ağır tonnajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.
Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Torpaq sürüşməsi 20 metr enində, 50 metr uzunluğunda torpaq qatını uçuraraq, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyani sahələrindəki hamam – ayaqyolunu, 50 -yə yaxın sitrus, eləcə də digər meyvə ağaclarını aparıb.
İndi sakinləri narahat edən odur ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və 50-yə yaxın ailə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar.
Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov APA-ya bildirib ki, “7 evə gedən yol tamamilə yuyulub. Gediş – gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmən yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olundu. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi ilə müzakirə olundu”.
Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət