Auditorlar Palatasının 3 sabiq vəzifəli şəxs 717 minlik mənimsəmədə - İTTİHAM OLUNUR
09:17 13.09.2024
Hadisə
579
Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Sherg.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fəridə Novruzova ifadə verib.O özünü təqsirli bildiyini bildirib:
“Əməlimdən peşmanam. Maddi vəziyyətim aşağı idi. Qayınanam onkoloji xəstəlikdən əziyyət çəkirdi, pula ehtiyacım var idi. Rəhbərliyə ərizə yazdım. Onlar mənə 5000 manat pul verdilər. Həmin pul aylıq olaraq əməkhaqqımdan çıxılırdı. Daha sonra mən Gövhər xanımdan xahiş etdim. O, mənə əlavə pul yazırdı. Mənim işim cədvəli hazırlayıb Vəli müəllimə təqdim etmək idi. Cədvəli o imzalayırdı. Sonra isə biz həmin cədvəldə dəyişiklik edirdik”.
Təqsirləndirilən Vəli Məmmədov Fəridə Novruzovanın ona vərəqi gətirdiyini təsdiqləyib: “Mənə maaş vərəqi gəlirdi. Kimin nə qədər maaş aldığını görürdüm. Lakin sonda cəm məbləğ yazılmırdı. Mən idarə rəisi idim, onu hesablamaq mənim işim deyil. İşçilərimə güvəndiyim üçün rəqəmləri cəmləmirdim”.
Fəridə Novruzovanın istintaq dövründə verdiyi ifadə məhkəmədəki ifadə ilə ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi elan olunub.
Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəni qismən, məhkəmə zalındakı ifadəni tam təsdiqləyib.
F.Novruzova istintaq dövründə verdiyi ifadədə törədilən mənimsəmədə Vəli Məmmədovun adını hallandırsa da, məhkəmə zalında Vəli Məmmədovun bu işdən xəbəri olmadığını, əməli Gövhər Əhmədova ilə törətdiyini vurğulayıb: “Mənə Gövhər xanım bildirdi ki, gəl, əlavə pullar köçürək, amma Vəli müəllim bilməsin. Maddi vəziyyətim pis olduğu üçün buna məcburən razı oldum”.
Təqsirləndirilən Gövhər Əhmədova isə deyilənlərin yalan olduğunu qeyd edib: “Bu işdən rəhbərliyin xəbəri var idi. Bu proses ciddi şəkildə yoxlanılırdı”.
Məhkəmə prosesi oktyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm