Azərbaycan ərazisinə keçdiyi bildirilən iki nəfər Ermənistana qaytarılıb
Yusif Nəzərli
18:33 06.06.2025
Hadisə
330
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.
APA xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.
Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.
MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.
Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə bu gün səhər məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.
Ermənistan MTX ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.
Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya