Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 994 kq 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 208 milyon 472 min AZN kimi qiymətləndirilib.
Sherg.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-avqust aylarının yekununa dair məlumatda qeyd olunub.