“Azəriqaz"ın baş direktoru: "Xırdalanda partlayışın qaz sızmasından baş verməsi mümkündür"
Yusif Nəzərli
20:09 03.08.2022
Hadisə
636
Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
“İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də hələlik bizdə əsaslı məlumat yoxdur”, - R.Əliyev vurğulayıb.
O qeyd edib ki, binaya təbii qazın nəqli tam dayandırılıb: “Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz" İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.
R.Əliyevin sözlərinə görə, hadisənin qaz sızmasından baş verməsi mümkündür: “Ola bilər hadisə qaz sızmasından baş versin. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal (qaz sızması-red) mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”.
R.Əliyev qeyd edib ki, əlavə xəbər olsa, “Azəriqaz" İstehsalat Birliyi bu barədə ictimaiyyətə məlumat verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət