Bakıda əməliyyat: Polis onları həbs etdi - FOTO
Fidan Həmişəyeva
11:20 27.01.2020
Hadisə
865
Bakıda silahlı şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Serq.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” markalı tapança və 1 ədəd pnevmatik tapança aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.
Faktla bağlı N.Nəsirov və S.Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial