Bakıda gənc oğlan dava zamanı bıçaqlanıb - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, sentyabrın 22-də axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində 2004-cü il təvəllüdlü Kənan Abdullayevə kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ülvi Məmmədli polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

***

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Kənan Abdullayev dava zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.