Bakıda həkim əməliyyat etdiyi qadına yumruq vurdu: “Əsəbi idim, hər kəsdə belə ola bilər” - FOTO
18:45 17.01.2020
Hadisə
679
Bakıdakı göz kliniklarından birində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb. Bu barədə Medicina.az-a xəstənin qızı məlumat verib.
“Anam 2 dəfə insult keçirib, nitqində bir az qüsur var. Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin insultdan sonra bir qədər narahat olduğunu bilirdi. Əməliyyat günü bizə səhər 8-də gəlin dedilər, anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq. Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik, əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin? Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.
Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, “belə şey ola bilməz” deyib, heç həkimi çağırmadılar”.
Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:
“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”. Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət