Bakıda marketdə qadını döyən şəxs həbs edilib

Paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb.

APA xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb.

O, inzibati qaydada həbs olunub.