Bakıda özünü maşına qəsdən çırpan şəxslər - VİDEO
17:34 14.01.2020
Hadisə
608
Özlərini qəsdən maşına toxundurub, sürücüdən pul tələb edən adamların mövcudluğu barədə mediada, sosial şəbəkələrdə dəfələrlə yazılıb. Belə cinayət xarakterli əməllərlə məşğul olan iki şəxsi 14 yanvar 2020-ci il günorta saatlarında “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli ifşa edib.
Musavat.com-un məlumatına görə, redaktor başına gələnləri belə nəql edib:
“Təxminən saat 13:20 radələrində Koroğlu Rəhimov küçəsində maşınımı ustadan götürüb, işə gəlirdim. Koroğlu Rəhimov küçəsindən “Elit” ticarət mərkəzinin qarşısından keçən yola çıxıb, yenicə hərəkətə başlamışdım. Avtomobillər üçün nəzərdə tutulan hərəkət zolağında iki nəfər addımlayırdı. Onlara çatanda həmin iki nəfər yolun ortasına doğru bir az da çıxdılar və maşın onların tam paralelində olanda biri yumruğu ilə avtomobilin sağ yan qapısı istiqamətində zərbə vurdu. Zərbə maşının yan sağ güzgüsünü tutdu və güzgü zədələndi. Əslində dərhal başa düşmüşdüm ki, bu adamlar özünü maşınlara çırpıb pul tələb edənlərdəndir. Maşında kamera var və bütün proses çəkilib. Avtomobili saxlayıb, elə mövqe seçdim ki, həmin adamlar kameranın qarşısına keçsinlər, üzləri də aydın düşsün, onları tam ifşa edə bilim. Mənə çatanda “sən neynirsən” deyəndə, “bütün proses kameraya düşüb, cinayət törətmisiniz və cəzalanacaqsınız” cavabını alanda, ikisi də dələduzlara xas jarqonlarla “məgər biz pul tələb elədik səndən?”, “mən əlimi sağa uzadırdım ki, telefonumu qulağıma aparım, maşına dəydi” kimi çaşdırıcı variantlara əl atdılar.
Maşına zərbə vuran adamın əlinə diqqət etdim, barmaqları maşınlara özünü qəsdən çırpması səbəbindən qaralmışdı, əlinin üstündə tamamilə qaysaq bağlamış, aylardan bəri qalan yaralar vardı. Özünə də bildirdim ki, əlindəki yaralar məhz belə axmaq işləri hər gün təkrarladığına görə bu gündədir və bütün bunlar onun dələduz olduğunu isbatlayır. Tam ifşa olunduğunu bildikləri üçün bu dəfə yalvarmağa başladı, dedi ki, guya “malyardır” və ona görə əlində köhnədən qalan yaralar var, şikayət etməyim. Onlara məhəl qoymayıb, sürüb gəldim. Həmin şəxslərin üzləri videoya düşüb, onları hüquq-mühafizə orqanlarının tapıb cəzalandırması çətin olmayacaq. Bu naqis adamlar bəlkə indiyədək neçə-neçə sürücünü şərləyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət