Banqkok-Helsinki sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
09:37 18.04.2025
Hadisə
288
Finlandiyanın "Finnair" aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Airbus A350 tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyyə olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya