Bərdədə bədbəxt hadisə baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 1990-cı il təvəllüdlü Sevinc Məmmədova yaşadığı evdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.