Beyləqan rayonunda kanalda batan 21 yaşlı gəncin meyiti tapılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, avqustun 6-da rayon ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkın batan 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun meyiti tapılıb.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
09:56
Beyləqan rayonunda 21 yaşlı gənc su kanalında batıb. Hazırda xilasedicilər onu axtarır.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, avqustun 6-da "Yeni Xan qızı" kanalının Birinci Şahsevən kəndindən keçən hissəsində bir nəfərin batması barədə xəbər daxil olub. Batan şəxsin 2005-ci il təvəllüdlü Amin Əhmədov olduğu ehtimal edilir.
Məlumat daxil olan kimi dərhal hadisə yerinə FHN-in dalğıc-xilasediciləri cəlb olunub. Hazırda gəncin tapılması üçün su kanalında axtarışlar davam edir.
***
09:15
Beyləqanda bir nəfərin kanalda bataraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Əhmədov Amin Zamir oğlu avqustun 6-da Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən beton kanalda çimərkən suda boğulub.
Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.