Bıçaq, ütü, işgəncə: Arvadlarını bir-bir qətl etdi
04:33 01.11.2023
Hadisə
473
Türkiyənin Manisa bölgəsinin Saruhanlı əyalətində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən 58 yaşlı Necati Akpınarın yazışmaları üzə çıxıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, N.Akpınarın qızı Alev Sevindik ötən ilin dekabrında həyat yoldaşı ilə gecə saatlarında Saruhanlı Polis Mərkəzinə gedərək atasının qatil olduğunu bildirib. A.Sevindik atasının birlikdə yaşadığı qadın Mutlu Menekşəni öldürərək cəsədini İstasyon məhəlləsindəki evindən 50 metr kənarda gizli dəfn etdiyini polisə xəbər verib.
Bu məlumatdan sonra polis ərazidə axtarışlara başlayıb. Və qadının cəsədi aşkarlanıb. Təhqiqatlar nəticəsində qadının başından aldığı zərbələr nəticəsində öldüyü müəyyənləşib. Qadının dini nikahla birlikdə yaşadığı N.Akpınar polis tərəfindən saxlanılıb. Polis araşdırması bunu da müəyyənləşdirib ki, N.Akpınar bundan əvvəl də 2 cinayət törədib. 1984-cü ildə həyat yoldaşı Əminə Akpınarı bıçaqlayaraq qətlə yetirib. 2003-cü ildə isə ikinci həyat yoldaşı Fatma Akpınarı ütüylə yandıraraq qətl edib. 2020-ci ildə koronavirus pandemiyası zamanı N.Akpınar şərti cəzayla həbsxanadan buraxılıb. Amma qadın qatili kişi yenə dinc durmayıb. Üçüncü dəfə ailə qurduğu Mutlu Menekşəni də işgəncə verərək öldürüb. Qadınını cəsədində döyülmə, yanıq izləri, sümüklərin qırılması təsbit edilib. N.Akpınara ömürlük həbs cəzası tələb edilib. Bu da məlum olub ki, N.Akpınar M.Menekşənin ölümündən 1 gün əvvəl qızı Alevə zəng edib, deyib ki, qadını həkimə aparmaq istəyir, amma bədənində qaralmalar var deyə, həkimin bunların səbəbini soruşacağından ehtiyat edir. Necati qadının vəziyyətinin ağlır olduğunu deyərək qızından təcili evə gəlməsini istəyib. Lakin qızı “gəlib nə edəcəyəm”, deyərək, gəlməyib. İstintaq N.Akpınarın qızını da vəziyyəti bilib xəbər verməməkdə, atasıyla cinayət ortağı olmaqda şübhəli bilir. M.Menekşənin qızı isə N.Akpınarın da, qızının da cəza almasını istəyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual