Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində olub.
Belə ki, 1981-ci il təvəllüdlü Cabbarov Elçin Yaşar oğlu yolu keçərkən avtomobil onu vurub. E.Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.