Coratda bir ailənin 3 üzvü qazdan zəhərlənib, ölən var
12:41 28.10.2024
Hadisə
450
Coratda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Sherg.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər Corat qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onun qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb. Onun qızı və nəvəsi isə xəstəxanaya çatdırılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
***
28.10. 2024-cü il tarixində saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi