Ekspert: Göllərdən çimərlik kimi istifadə etmək yolverilməzdir
13:37 10.05.2024
Hadisə
574
Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. Hadisə dünən gecə saatlarında baş verib. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, xüsusi ilə yay aylarında vətəndaşlar sərinləmək üçün çimərliklərə üz tutur:
"Bu səbəbdən hazırda çimərlikdə təhlükəsizlik məsələsi ön plandadır. Ona görə də yalnız icazə verilən ərazilərə getmək lazımdır. Təyinatlı su anbarları, göllər, çaylardan, kanallardan çimərlik kimi istifadə etmək yolverilməzdir. Nəzərə almaq lazımdır ki, kanallarda suyun üzəri ilə altdakı axın sürəti eyni deyil. Həmçinin, suyun üstündə mamırlar, kəsici şüşə parçaları, konservlər ola bilər.Bu insanların həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Xüsusi nişanlanmış sərhədləri keçmək, spirtli içki qəbul edib, gecə saatlarda suya girmək olmaz. Su hövzəsinə kiçik həcmli qayıq, gəmiləri icazəsiz daxil etmək qadağandır. Günün qızmar saatlarında suya girmək günvurma riskini artırır. Azyaşlı uşaqlara ciddi nəzarət etmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz
Qalibaf: İqtisadi müharibədə də Amerikanın kürəyini yerə vuracağıq
14:35 27.08.2026
Dünya