
Elçin Quliyev generalı belə yola saldı – FOTO
13:20 15.11.2023
Hadisə
566
Bir müddət öncə sağlamlığında olan problemlərə görə, öz müraciəti əsasında Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin rəisi vəzifəsindən azad olunan general-mayor Ayaz Hüseynov Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev generalı qəbul edərək onun çalışdığı illər ərzində böyük xidmətləri olduğunu diqqətə çatdırıb, peşə fəaliyyətini yüksək qiymətləndirib.
Elçin Quliyevin tapşırığı əsasında Xidmət rəisinin müavini general-leytenant Cavid Abdullayevin iştirakı ilə Ayaz Hüseynovun hörmətlə yola salınması üçün onun tabeliyində olmuş şəxsi heyətlə səmimi görüş də keçirilib.
C.Abdullayev görüşdə bildirib ki, Xidmət rəhbəri Ayaz Hüseynova Dövlət Sərhəd Xidmətində fəaliyyətini davam etdirməyi təkidlə təklif etsə də, bir müddət öncə keçirdiyi avtomobil qəzasının səhhətində yaratdığı problemlər səbəbindən işləməkdən imtina edib. Görüşün sonunda A.Hüseynov çalışdığı müddətdə ona göstərilən etimad və diqqətə görə ölkə rəhbərliyinə və xidmət rəisinə dərin münnətdarlığını bildirib.
Qeyd edək ki, Ayaz Hüseynov Dövlət Sərhəd Xidmətində 20 ildən artıq bir müddətdə qüsursuz xidmət edib. Vətənpərvərliyi, dövlətə sədaqəti və peşəkarlığı ilə seçilən zabit olduğu üçün onun xidməti fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Tərəqqi” medalları ilə təltif edilib. Gənc yaşlarından general-mayor rütbəsinə layiq görülərək, ölkənin ən gənc generallarının sırasına daxil olub. 44 günlük müharibədən sonra ölkə başçısının Sərəncamı ilə “Vətənə xidmətə görə ordeni” ilə təltif olunub. Müharibə veteranıdır.
General-mayor Ayaz Hüseynovun bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab vermədi.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət