Elektroskuter təhlükəsi
Yusif Nəzərli
08:20 16.07.2022
Hadisə
671
23 yaşlı tibb bacısı ölümdən döndü
Türkiyənin Adana şəhərində elektro-skuterlə hərəkət edən gənc tibb bacısı ağır xəsarət alıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, kiçik həcmli yük avtomobili tibb bacısının skuteri ilə toqquşub. 23 yaşlı Xədicə Şenər qəza nəticəsində ağır yaralanıb. Gənc qızın əlləri, ayaqları ciddi xəsarət alıb. Ahmet Rəmzi Yüreğir küçəsində baş vermiş qəza saniyə-saniyə müşahidə kameraları tərəfindən qeydə alınıb. Yük avtomobilnin skuterlə toqquşması nəticəsində gənc qız yerə yıxılıb, avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Ətrafdakıların məlumat verməsi sayəsində hadisə yerinə təcili yardım gəlib və tibb bacısı xəstəxanaya aparılıb. Sürücü isə sonradan polisə gedərək təslim olub, lakin ifadəsi alınaraq sərbəst buraxılıb.
Kamera incələmələri nəticəsində məlum olub ki, yük avtomobili yolun hərəkət zolağının qarşı istiqamətinə çıxıb və sürətlə gələrək yoldakı skuterə çarpıb. Xədicə Şenərin atası Mehmet Akif Şenər isə deyib ki, qızının səhhətində hələ də problemlər var və həyati təhlükəsi aradan qalxmayıb. Ata qızına çarparaq qaçan sürücünün həbs edilməsini tələb edir: “Qızımın bədənində bir çox yara və sınıqlar var. Hazırda övladım yataq xəstəsidir. Reanimasiya şöbəsində işləyir. Hər dəfə növbədən evə gələndə, “ata, bu gün bir insanın həyatını xilas etdik” deyirdi. Həyatını başqalarının həyatını xilas etməyə həsr edən belə gənclərimiz məsuliyyətsiz sürücülərin qurbanı olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm