“EuroHome”də malları yanan sahibkar: "Bazarın 95 faizi yararsız hala düşüb"
15:13 10.12.2019
Hadisə
513
80 min manat dəyərində mallar yanıb-kül oldu. Heç yarısını da xilas edə bilmədim. Oxu.Az xəbər verir ki, bu sözləri bu gün “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğında malları yanan sahibkar Əhmədov Pərviz Fərmail oğlu deyib.
O bildirib ki, yanğın səhər saat 07:30-da başlayıb:
“Səhər yanğın başladığını eşitdik. Hamı öz malını xilas etməyə çalışırdı. Mənim 108 kvadratmetrlik mağazam və qarşısında mallar yığdığım 54 kvadratmetrlik həyət yanıb. Mallarım da məhv oldu. Yanğın birinci cərgələrdə kafel-metlax satılan dükandan başlayıb. Qısa zamanda külək yanğının bütün bazara yayılmasına səbəb olub”.
Sahibkar deyir ki, onunla bərabər, 150-dən çox dükan yanıb:
“Bazarın əsas hissəsi, mərkəzinin 95 faizə yaxın hissəsi yanıb, yararsız hala düşüb. Mağazaların çoxunun sığortası yoxdur. Amma mənim sığortam var. Hələ bilmirəm nə olacaq. Əsas yanan rezin turbalar, borular idi. Onları söndürmək çətin olduğu üçün yanğın daha geniş əraziyə yayıldı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət