Gəncədə qadın ürək əməliyyatından sonra vəfat edib

Gəncədə qadın əməliyyatdan sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb.

Məlumata görə, qadın xəstəxanada ürək əməliyyatı olubmuş. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.