
Haram sevgi bitdi, üçüncü arvadını öldürdü
10:11 20.07.2023
Hadisə
444
Üç arvadı ilə birgə yaşayan kişi üçüncü arvadının başqa kişi ilə münasibətdə olduğunu öyrənib və onu başından güllələyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ikinci əl mağazası işlədən Chonkawee Deechan adlı tailandlı son günlərin ən qalmaqallı hadisələrindən birinə imza atıb. Çərşənbə günü baş verən hadisədə Deechan arvadını mağazasında başından vurub.
Xəbərdarlıq edildikdən sonra hadisə yerinə çox sayda tibb və polis qrupu göndərilib, lakin Deechan həyat yoldaşını özü xəstəxanaya çatdırıb. Güllənin qadının kəllə sümüyü nahiyəsinə dəydiyi müəyyən edilib və o, təcili əməliyyata alınıb. Yerli mediaya danışan bəzi mənbələr qadının öldüyünü bildirib. Xəstəxanada saxlanılan Deechan polis bölməsinə aparılıb.

Dindirmə zamanı Deechanın əslində 3 arvadı olduğu və öldürdüyü qadının onun üçüncü arvadı olduğu müəyyən edilib. Qadının yeni sevgilisi olduğunu öyrənən və onun mesajlarını görən Deechan hirsləndiyini və arvadını 0,38 kalibrli güllə ilə vurduğunu etiraf edib.
Şahidlər polisə verdiyi ifadədə üç qadının ərləri ila münasibətlərinə baxmayaraq, bir-biri ilə yaxşı anlaşdıqlarını bildiriblər. İş o yerə çatıb ki, Deechan illərdir bu ərazidə bizneslə məşğul olsa da, arvadları ilə heç vaxt mübahisə etməyib.
Kamera qeydlərini izləyən qruplar dəhşətli hadisə zamanı ikinci arvadın da mağazada olduğunu müəyyən ediblər. Gənc qadın tələsik sorğu-sual olunub. Dindirilmə zamanı üçüncü arvadın başqa kişi ilə görüşdüyünü lentə alan ikinci arvad polisə bildirib ki, əvvəllər bir-biri ilə problemi olmayıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya