Həyat yoldaşını və oğlunu xilas etdi... - hər kəsi ağlatdi

Şimali Kipr Türk Respublikasının Girnə şəhəri yaxınlığında avqustun 30-da sərnişin gəmisinin çevrilməsi nəticəsində həyatını itirən 28 yaşlı jandarm çavuşu Fahri Ateş Mersində dəfn edilib.

Sherg.az xəbər verir ki, məlumata görə, gəminin çevriləcəyini anlayan Ateş həyat yoldaşı Ayça və 4 yaşlı oğlu Atabeyi göyərtədə təhlükəsiz yerə çıxarıb. Daha sonra xilasedici jilet götürmək üçün aşağı düşən hərbçi orada ilişib qalaraq həyatını itirib.

Dəfn mərasimində Ateşin ailə üzvləri, dövlət rəsmiləri və çoxsaylı vətəndaşlar iştirak edib. Həyat yoldaşı və yaxınları tabutun qarşısında göz yaşlarına hakim ola bilməyiblər.

Qəza zamanı itkin düşən sərnişinlərdən Hatay sakini Nihat Pancarın da gəmidəki son görüntüləri üzə çıxıb. Onun ailəsinə xəbər vermədən sürpriz etmək üçün gəmiyə mindiyi bildirilir. Həyat yoldaşı Özlem Pancar isə onun sağ olduğuna dair ümidini qoruduğunu və xəbər gözlədiklərini deyib.