Həyatının şokunu yaşadı
Yusif Nəzərli
22:30 13.07.2022
Hadisə
599
Selfie çəkən turist vulkanın “qucağına” düşdü
Tətil keçirmək üçün 3 qohumu ilə İtaliyaya gələn 23 yaşlı amerikalı həyatının dəhşətini yaşayıb. Səyahət ucuz başa gəlsin deyə, Napoli və məşhur Vezuvi vulkanının külə döndərdiyi qədim Pompey şəhərini səyahət rəhbəri olmadan gəzmək qərarına gəliblər. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 4 nəfərlik qrup Napoli şəhərinin şərqindəki vulkanın kraterinə baxmaq üçün dağa qalxıb. 200 metr hündürlüyə qalxdıqdan sonra oradan şəhəri “quş baxışı” seyr edib, sonra da Vezuvi vulkanının kraterinə yaxınlaşıblar.
Burada 23 yaşlı turist arxası vulkana selfie çəkiminə hazırlaşıb və telefonunu çıxarıb. Bu əsnada telefon əlindən düşüb, gənc telefonun vulkanın “qucağına” düşməsini əngəlləməyə çalışıb, lakin özü də müvazinətini itirərək kraterə yuvarlanıb.
Bunu görən dostlarını dəhşət bürüyüb. Vaxt itirmədən təhlükəsizlik xidmətinə zəng ediblər. Bölgəyə polis və xilasetmə qrupu cəlb edilib. Helikopterin köməyilə gənci kraterdən çıxarıblar.
Gözlənilən faciənin əksinə, gəncin yüngülvari sıyrıqlarla canını qurtardığı bəlli olub. Turist xəstəxanaya aparılıb, lakin özbaşına vulkan bölgəsinə səyahət etdikləri üçün məsuliyyətə cəlb ediliblər.
Vezuvi vulkanının araşdırıcısı Roberto İsaia bildirib ki, şəhərin üzərindəki kül buludu 100 dərəcədən artıq temperaturdadır və tərkibində zəhərli qazlar var.
Pompey şəhəri fəlakətin üzərindən əsrlər keçməsinə rəğmən, bu gün də dəhşətin izlərini saxlayır. Hər il bura minlərlə turist gəlir və tarixdə baş vermiş dəhşətli vulkan püskürməsinin törətdiyi fəlakətin izlərinə şahid olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm