İflic qadın qaranlıqda və istidə qalıb
15:47 01.08.2023
Hadisə
514
Naqili oğurladılar
Oğrular 12 ildir yataq xəstəsi olan yaşlı qadını bu qızmar günlərdə istidə və qaranlıqda qoyub. Oğurlanan evin lampası, yaxud kondisioner-filan deyil. İş burasındadır ki, kimlərsə elektrik dirəyinin naqilini satıb pul qazanmaq fikrinə düşüb.
Nəticədə xəstə və yaşlı qadın qaranlıqda və istidə qalıb.“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib. Adıyamanın Mara məhəlləsində kilsə yaxınlığındakı evlərdən birində yaşayan və yataq xəstəsi olan Rəmziyyə Dəmir oğrulara görə daha da çətin vəziyyətə düşüb. Oğrular qadının evinə elektrik enerjisinin gəlməsini təmin edən naqili kəsib aparıblar. Elektrik enerjisi olmadığından qadın həm qaranlıqda qalıb, həm də sərinkeşi işlədə bilməyib artıq. Nəzərə alsaq ki, Rəmziyyə Dəmir torpaq evdə yaşayır, isti günlərdə sərinkeşin işləməməsinin nə demək olduğunu təxmin etmək çətin deyil.
R.Dəmir oğruların tez bir zamanda yaxalanıb cəzalandırılmalarını arzulayır. Xəstə qadın deyib ki, belə bir hadisə ilk dəfə baş vermir. Bundan əvvəl də oğrular elektrik naqilini kəsib aparıblar. İflic qadın bundan hər dəfə əziyyət çəkir. R.Dəmir elektrik enerjisi yayınının nə zaman bərpa ediləcəyini gözləyir. Qadının həyat yoldaşı Mahmut Dəmir də ikinci dəfədir eyni oğurluq hadisəsi ilə üzləşdiklərini və elektrik naqilini öz pulları ilə aldıqlarını söyləyib: “Birinci dəfə özümüz pul verdik, naqil alındı. İndi yenə naqili kəsib aparıblar. Hava istidi, istidə, qaranlıqda qalmışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa liderləri Putinlə telefon danışığı apardılar
14:55 27.10.2026
Gündəm
Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb
14:44 27.10.2026
Sağlamlıq
Azərbaycanın milli birliyi dövlətimizin ən böyük gücüdür - ŞƏRH
14:41 27.10.2026
Gündəm
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
14:14 27.10.2026
Gündəm
ADSEA: Növbəti illərdə Qarabağ və Baş Muğan kanalları tikiləcək
13:41 27.10.2026
Sosial
Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu
13:28 27.10.2026
Futbol
Türkiyə ABŞ və Fransanın Qara dənizə hərbi keçidinə icazə vermədi
12:51 27.10.2026
Dünya
Sabaha olan hava proqnozu açıqlandı
12:41 27.10.2026
Ekologiya
Mirzoyan: Ermənistanın Aİİ-dən çıxarılması üçün hüquqi əsas yoxdur
12:40 27.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
12:32 27.10.2026
Gündəm
Torpaqların alınması ilə bağlı yeni qaydalar müəyyənləşir
12:28 27.10.2026
İnfrastruktur
Rusiya Çubaysın 20 milyardını əlindən alır
11:57 27.10.2026
Dünya
Bakıda yeni park salınır - Foto
11:49 27.10.2026
Sosial
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
10:55 27.10.2026
Dünya