İmişlidə dəhşətli qətl: Məşhur idmançının qardaşı öldürüldü
13:47 10.01.2020
Hadisə
872
İmişli rayonunda qətl hadisəsi törədilib. Reportx əbər verir ki, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində QAZ-3110 markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobilin İmişli şəhər sakini 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.
Zaur Əzizovun sərbəst güləşçi ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edən Emin Əzizovun qardaşı olduğu müəyyənləşib.
E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.
İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib. Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Meyit hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət