İndoneziyada Levotobi vulkanı yenidən püskürdü

İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanı dörd dəfə püskürüb.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatına əsasən, püskürmə nəticəsində vulkan külü təxminən 3 kilometr hündürlüyə qalxıb. Kül buludu qərb, cənub-qərb və şimal-qərb istiqamətlərində yayılıb.

Bununla əlaqədar səlahiyyətli qurumlar yerli sakinlərə və turistlərə təhlükəsizlik məqsədilə vulkanın kraterinə 5 kilometrdən artıq yaxınlaşmamağı tövsiyə ediblər. Eyni zamanda, havaya yayılan vulkan külünün tənəffüs yollarına təsirinin qarşısını almaq üçün maskalardan istifadə olunması məsləhət görülüb.